Keçid linkləri

2025, 21 Dekabr, bazar, Bakı vaxtı 06:16

Azərbaycan-ABŞ işçi qrupunun ilk iclası keçirilib


Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupun tam tərkibdə ilk iclası
Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupun tam tərkibdə ilk iclası

Dekabrın 19-da isə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Strateji İşçi Qrupa Azərbaycandan xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ-dən isə dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.

Açıqlamaya görə, iclas zamanı enerji, ticarət, tranzit kimi regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla, iqtisadi sərmayə məsələləri nəzərdən keçirilib.

"Eləcə də müdafiə, təhlükəsizlik, terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib", - məlumatda vurğulanıb.

Açıqlamaya görə, Strateji İşçi Qrupun növbəti iclasının tarixləri və gündəliyi barədə razılıq əldə edilib.

Vaşinqtonda Ermənistan-ABŞ işçi qrupunun ilk iclası.
Vaşinqtonda Ermənistan-ABŞ işçi qrupunun ilk iclası.
17 dekabr

Ermənistan-ABŞ işçi qrupunun ilk iclası olub

Dekabrın 17-də Vaşinqton razılaşmalarının gerçəkləşdirilməsi üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib. Bu haqda Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qurum bildirir ki, xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter Ermənistan-ABŞ strateji tərəfdaşlığını yüksək qiymətləndiriblər.

Kostanyan Yerevanın Ermənistan-ABŞ anlaşma memorandumlarının gerçəkləşdirilməsi yönündə fəal işləməkdə maraqlı olduğunu vurğulayıb.

Bəyanatda deyilir ki, tərəflər anlaşma memorandumlarının gerçəkləşdirilməsi üçün atılan əhəmiyyətli addımları vurğulayıb, əldə edilən irəliləyişlər barədə məlumat veriblər.

Ekspert səviyyəsində əldə olunan konkret razılaşmaların icrası üçün müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

  • 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Son illər Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda sülh danışıqları gedib. Bu il avqustun 8-də tərəflər, nəhayət, ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Tərəflər həmçinin TRIPP marşrutu üzrə razılıq əldə ediblər.
  • ABŞ prezidenti Donald Trampın şahidliyi ilə imzalanan bəyannaməyə əsasən, Ermənistan Azərbaycanla onun Naxçıvan eksklavı arasında "maneəsiz əlaqə" təmin etməyi üzərinə götürür, bunun qarşılığında Ermənistana "beynəlxalq və ölkələrarası kommunikasiyadan qarşılıqlı faydalar" vəd olunur.
  • Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Tramp ilə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumunu imzalayıblar.
XS
SM
MD
LG